Fidan Quliyeva: "Mübariz Mənsimovun durumu ağırdır, halsız vəziyyətdədir"

Fidan Quliyeva:

25-03-2020 20:45 / Bu xəbər 2218 dəfə oxundu

"Türkiyə məhkəməsinin qərarı ilə barəsində həbs qərarı verilən Mübariz Mənsimov artıq 10 gündür ki, aclıq aksiyasını davam etdirir". 

Bunu "Palmali" şirkətinin mətbuat katibi Fidan Quliyeva deyib.

O bildirib ki, vəkillərin verdiyi məlumata görə, Mənsimovun səhhəti ağır durumda, özü isə halsız vəziyyətdədir: "Vurğulamaq lazımdır ki, vəkillər Mənsimovun həbsdən azad edilməsi istiqamətindən fəaliyyətlərini durmadan davam etdirirlər".

Qeyd edək ki, İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun evində 15 martda axtarış aparıblar və onun saxlanılmasına qərar veriblər. 

17 martda isə İstanbul Məhkəməsi Mənsimovun istintaq müddətində həbsi ilə bağlı qərar verib. 

M.Mənsimov FETÖ ilə əlaqədə və bu terror qrupuna maliyyə dəstəyində suçlanır.

Mübariz Mənsimov isə özünü təqsirli saymır və bu həbsin Azərbaycandan sifariş edildiyi qənaətindədir. 

Azərbaycanın bir qrup ziyalısı isə Mübariz Mənsimovun həbsdən azad edilməsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.