“Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam” - Siyavuş Novruzov

“Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam” - Siyavuş Novruzov

24-08-2019 11:13 / Bu xəbər 981 dəfə oxundu

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov feysbuk sosial şəbəkəsində öz adına səhifə açıb.

Bu barədə "Report.az" xəbər verib.

Siyavuş Novruzov deyib ki, cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazımdır.

YAP rəsmisinin sözlərinə görə, feysbuk müzakirələrin aparılması üçün vasitədir: "Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.

S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: "Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacağam”.