Fikrət Cəfərli: "Masallıda yeniyetmə polis zorakılığına məruz qalıb"

Fikrət Cəfərli:

29-07-2022 00:43 / Bu xəbər 1381 dəfə oxundu

Masallı Rayon Polis İdarəsinin Boradigah polis bölməsində 15 yaşlı Valeh İsmayılov ağır işgəncəyə məruz qaldığı bildirilir. 

Bu barədə "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nə Valeh İsmayılovun anası Günay Həbibova məlumat verib.

Məlumatı "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”nin rəhbəri Fikrət Cəfərli yayıb. 

Təşkilat bu halı pislədiyini bəyan edib: "Biz "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” olaraq hər zaman vurğulayırıq ki, işgəncə halları yalnız siyasi fəallara qarşı yox, həmdə sadə vətəndaşlara, az yaşlı uşaqlara, ahıllara qarşı da tətbiq olunur. Günay xanımın verdiyi məlumata görə, 24 iyulda gecə saat 2 radələrində iki nəfər mülki şəxs onların yaşadığı evə gələrək onun azyaşlı oğlu Valeh İsmayılovu polis bölməsinə aparıblar. Yeniyetmə uşağı bir sutka polis bölməsində saxlayaraq etmədiyi cinayəti-oğurluq hadisəsini işgəncəylə boynuna qoyaraq, "etiraf” videosunu çəkərək sərbəst buraxıblar". 

Mərkəzin rəhbəri Fikrət Cəfərli sosial şəbəkədə yazıb ki, ailə hazırda polisin təqibi altındadır: "Onlara şikayət etməmələri üçün təyziq göstərirlər".

Daxili İşlər Nazirliyi hələ ki məsələyə münasibət bildirməyib.