Fikrət Cəfərov: "Hüquq mühafizə orqanlarına müraciət edirəm ki, araşdırsınlar"

Fikrət Cəfərov:

01-03-2021 10:46 / Bu xəbər 1369 dəfə oxundu

"Idrak” liseyindən şikayət edən valideyn hüquq-mühafizə orqanlarına müraciət edib.

Bu barədə Arqument.az-a valideyn Fikrət Cəfərov məlumat verib. 

O deyir ki, liseydə baş verən pozuntularla bağlı bütün detalları hüquq mühafizə orqanlarına təqdim edəcək. Bununla yanaşı, məsələni məhkəmədə də mübahisələndirməyi düşünür.
 
O hesab edir ki, lisey şagirdlərin təhsil hüququnu kobud şəkildə pozub. 

"Idrak” liseyi ilə valideynlər arasında narazılıq isə pandemiya dönəmində ödənişlərlə bağlı olub. 

Valideynlər bildiriblər ki, lisey müqavilə öhdəliyini yerinə yetirmədiyi halda həmin dövr üçün təhsil haqqının 100% ödənilməsini tələb edir. 

Onların sözlərinə görə, lisey pandemiya dövründə qapalı olduğu üçün bir çox xidmətləri yerinə yetirməyib və 100% təhsil haqqı tələb etməsi ədalətsizdir. 

Valideynlər "İdrak" Liseylər şəbəkəsinin əsl sahibinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov olduğunu iddia edirlər.
 
Lakin "İdrak" liseyi rəhbəri Mönsüm Alışov bu iddianı təkzib edir və liseyin müstəqil bir təhsil müəssisəsi olduğunu deyir.