Finlandiya və İsveç yayda NATO üzvü olmağı planlaşdırır
11-04-2022 14:09 / Bu xəbər 1867 dəfə oxundu
Rusiyanın Ukrayna müdaxiləsindən narahatlıq keçirən Finlandiya və İsveç artıq yayda NATO üzvü olmağı planlaşdırırlar.
Bu barədə Britaniyanın "The Times” nəşri amerikalı mənbələrə istinadən yazır.
Mövzu NATO ölkələrinin xarici işlər nazirlərinin ötən həftə baş tutan görüşündə müzakirə olunub.
"Bu, Rusiyanın böyük strateji yanlışıdır”, - qəzet mənbənin sözlərini paylaşır.
Əgər plan baş tutarsa, Finlandiya Rusiya ilə ən uzun ümumi sərhədi olan (min üç yüz kilometr) NATO ölkəsi olacaq. Həm Finlandiya, həm də İsveç uzun sahil zolağına və Baltik dənizində çoxsaylı adalara malikdirlər.
Hər iki ölkə neytral statusa malikdir. İsveç 200 ildən çoxdur heç bir hərbi bloklara qoşulmur.
Amma Rusiyanın təcavüzkar xarisi siyasəti nəticəsində hər iki ölkənin ictimai rəyində dəyişiklik baş verib, getdikcə daha çox fin və isçeçli NATO-ya birləşmək istəyir.
İsveçin "Aftonbladet” qəzeti yazır ki, İsveç alyansa üzv olmaq barədə ərizəsini iyunun ortaları üçün təsdiq edə bilər, təşkilatın həmin ayın sonunda Madriddə keçiriləcək sammitində isə müraciətin bəyənilməsi mümkündür.
Qəzet iddia edir ki, Stokholm və Helsinki NATO-ya eyni vaxtda qəbul olmağı düşünürlər və öz addımlarını koordinasiya edirlər.












