“Formula-1″ yarışı Ağdama köçürülsün…”

“Formula-1″ yarışı Ağdama köçürülsün…”

06-06-2022 13:40 / Bu xəbər 742 dəfə oxundu

"Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var. Belə addımlardan biri "Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər. Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar”.

Bu təkliflə REAL partiyasının sədr müavini Natiq Cəfərli çıxış edib.

Onun fikrincə, bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı: "Həm də Bakının yükü azalar, şəhər əhalisinin "Formula-1" çiləsinə son verərdi”.

N.Cəfərlinin sözlərinə görə, yarışlar olmayanda il boyu Ağdam treyki yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olar.