Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağıracaq

Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağıracaq

13-09-2022 16:50 / Bu xəbər 1014 dəfə oxundu

Fransa Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsilə əlaqədar  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iclasını çağıracaq. 

Bu barədə TASS  məlumat yayıb.

Toplantının nə vaxt keçiriləcəyi açıqlanmır.

"Fransa Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı məsələni hazırda sədrlik etdiyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq", - Fransa Prezident Administrasiyasının nümayəndəsi Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığından sonra bildirib.

Makron "atəşkəs rejiminə ciddi riayət və Ermənistanın ərazi bütövlüyünə hörmət etməyə çağırmaqda davam edir”. 

Fransa lideri bütün məsələlərin danışıqlar yolu ilə həllində tərəflərə kömək etməyə hazırdır.