Fransanın sabiq prezidenti həbs olundu

Fransanın sabiq prezidenti həbs olundu

20-03-2018 17:55 / Bu xəbər 2227 dəfə oxundu

Fransanın sabiq prezidenti Nikola Sarkozi saxlanılıb.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, o, 2007-ci ildə keçirilən prezident seçkiləri zamanı Liviyadan qeyri-qanuni maliyyə dəstəyi almaqda ittiham edilir.
 
Faktla bağlı cinayət işi açılıb. Məlumata görə, Sarkozi hazırda polis tərəfindən dindirilir. 

N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.