"Freedom House" Xalid Bağırovla bağlı çağırış edib

05-05-2020 14:56 / Bu xəbər 1566 dəfə oxundu

"Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatı vəkil Xalid Bağırovla bağlı çağırış edib.

Bu barədə "Freedom House"un tvitter səhifəsində yazılıb.

Çağırışda Ali Məhkəminin Plenumunun ReAL Partiyasının sədri İlqar Məmmədov və ReAl üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı qərarı dəstəklənib. 

Təşkilat qeyd edib ki, İlqar Məmmədovun vəkili Xalid Bağırov onun məhkəmə prosesinin ədalətliliyini şübhə altına aldıqdan sonra fəaliyyətinə xitam verilib. 

Bu qərardan sonra Xalid Bağırovun da vəkil kimi fəaliyyəti bərpa etməlidir.
 
2014-cü ildə Azərbaycanda həbs olunan hüquq müdafiəçiləri və ictimai fəalların vəkilliyini edən Xalid Bağırov vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.

"Vəkillər Kollegiyası səbəb kimi mənim Şəki Apellyasiya Məhkəməsində çıxışın dövlətçiliyə qarşı və vəkilliyi nüfuzdan salan çıxış olduğu bildirilib. Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdu, olsaydı, belə qərar verilməzdi".

Xalid Bağırov həmin vaxt mediaya bildirib ki, vəkillikdən uzaqlaşdırılması sırf fəaliyyəti ilə bağlıdır və bu gün intihara sövq etmə ittihamı ilə məhkəməyə qədər həbs olunan araşdırmaçı jurnalist Xədicə İsmayılın hüquqlarını müdafiə etmək üçün orden almağa hazırlaşırmış.

Xalid Bağırov həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədov, hüquq müdafiəçisi Leyla Yunus, bloger Əbdül Əbilov və N!DA Vətəndaş Hərəkatı üzvlərinin hüquqlarını müdafiə edirdi.

Məsud