"Fu Məzi" saxlanıldı

20-03-2021 15:42 / Bu xəbər 2894 dəfə oxundu

İctimai fəal Fuad İsmayılov polis tərəfindən saxlanılıb.

Bu barədə martın 20-də "Toplum TV"-yə fəalın anası İrina Nikalayevna məlumat verib.

Onun sözlərinə görə, F.İsmayılov Suraxanı Polis bölməsinə aparılıb. Valideyni bildirir ki, F.İsmayılov polisə müqavimət ittihamı ilə saxlanılıb.

İctima fəal daha əvvəl Mərkəzi Seçki Komissiyasının binası qarşısında Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar seçkilər üzrə səsvermənin nəticələrinin etibarsız sayılması tələbi ilə etiraz aksiyasında iştirak etmişdi.

O, aksiya zamanı, MSK binasının qarşısındakı yeni tikilməkdə olan binanın hasarına "FU Məzi” (MSK sədri Məzahir Pənahova etiraz kimi ictimaiyyət belə ifadələr işlədirlər) şüarı yazdığına görə polis tərəfindən saxlanılmışdı.

Daha sonra isə F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsiylə suçlanmış və 60 gün azadlıqdan məhrum edilmişdi.