Fuad Qəhrəmanlının ailə üzvləri ilə görüşə bilmir

Fuad Qəhrəmanlının ailə üzvləri ilə görüşə bilmir

27-08-2020 14:57 / Bu xəbər 1851 dəfə oxundu

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının ailəsi onun taleyindən narahatdır.

"Fuad Qəhrəmanlının taleyindən narahatlığımız hələ də qalmaqdadır. O iyulun 23-də həbs olunandan indiyədək cəmi bir dəfə evə zəng edib. Ondan sonra nə telefon əlaqəsi var, nə də ailə üzvləri ilə görüşünə icazə vermirlər”, - deyə Qəhrəmanlının ailə üzvləri Turan-a bildiriblər.

Xatırladaq ki, Qəhrəmanlı 14-15 iyul "Qarabağ” aksiyası zamanı iğtişaşların təşkilində ittiham olunub.

Ona qarşı CM-in 4 maddəsi: 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər), 186-cı (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.