Füzulinin Qarabağ kəndində 3 mülki şəxs yaralanıb
09-10-2020 12:10 / Bu xəbər 830 dəfə oxundu
Oktyabrın 9-da Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun müxtəlif istiqamətlərini raket və artilleriya mərmiləindən atəşə tutulması nəticəsində 3 mülki şəxs yaralanıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məsələ ilə bağlı prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.












