“Gəmiqaya" Holdinqin adı dəyişdirildi

“Gəmiqaya

06-01-2023 11:31 / Bu xəbər 1144 dəfə oxundu

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu iddia edilən "Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

Artıq şirkət bu gündən "Arkoz Holdinq” adını daşıyacaq.

Faktı APA-ya şirkətdən təsdiqləyiblər.

Eyni zamanda, "Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

"Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilirdi. 

Onun oğlu Rza Talıbov 2014-cü ildə Batumidə "Divan" otelin açılışında özünü "Gəmiqaya" Holdinqin sədri kimi təqdim etmişdi.