Gənc yazar daha bir almanax tərtib etdi

Gənc yazar daha bir almanax tərtib etdi

07-02-2021 00:58 / Bu xəbər 2675 dəfə oxundu

"Lerikdən üzü sözə” almanaxı işıq üzü görüb. 

Kitabda Lerik rayonunda və ölkənin müxtəlif şəhərlərində, eləcə də ölkədən kənarda yaşayan lerikli şair və yazıçıların əsərləri yer alıb. 

Kitabın tərtibçisi və redaktoru gənc yazar Xalid Mahmud, ön söz müəllifi Ağacəfər Həsənli, məsləhətçisi Qədiməli Əhməddir. 

Bu barədə Xalid Mahmud məlumat verib. 

Kitab "UnuPrint” nəşriyyatında çap olunub. 

Almanax 400 səhifədən ibarətdir. 

Qeyd edək ki, bu, Xalid Mahmudun tərtib etdiyi sayca ikinci almanaxdır.