“Gəncə məhbusu”nun öldüyü bildirilir (yenilənib)

“Gəncə məhbusu”nun öldüyü bildirilir (yenilənib)

30-09-2019 09:58 / Bu xəbər 1003 dəfə oxundu

***

17.45. Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, Eşqin Quliyev vəfat edib. 

Hazırda yaxınlarının onun cənazəsinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən götürdüyü bildirilir.

Gənc hadisələrində həbs olunan Aydın Qurbanov isə bu ilin 10 iyul tarixində xərçəng xəstəliyindən vəfat edib.

***

Eşqin Quliyev Hepatit C-dən əziyyət çəkirmiş

Gəncə hadisələrinə görə həbs olunan Eşqin Quliyevin komaya düşdüyü bildirilir. Bu barədə Meydan TV-yə məhbusun yaxınları məlumat verib. Onların sözlərinə görə, həkimlər Eşqin Quliyevin vəziyyətinin ağır olduğunu deyiblər.

Sentyabrın 19-da Sabunçu Rayon Məhkəməsində bir qrup "Gəncə məhbus”una hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrli ilə keçirilən prosesdə Eşqin Quliyevi 20 il azadlıqdan məhrum edilib.

Yaxınlarının sözlərinə görə, Eşqin Quliyev "Hepatit C” xəstəliyindən əziyyət çəkir.

Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Daha 17 nəfərin işi üzrə isə istintaq davam edir. Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.