Gəncədə ölənlərin sayı 9-a çatdı

Gəncədə ölənlərin sayı 9-a çatdı

11-10-2020 14:14 / Bu xəbər 1257 dəfə oxundu

Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb.
 
Bu barədə "Report" xəbər verir. 
 
Dağıntılar altından daha 2 nəfərin – gənc oğlanın və qadının meyitlərinin çıxarıldığı bildirilir.

Məlumatda həmçinin ölü və yaralı sayının artacağının istisna edilmədiyi qeyd olunur.
 
***

Baş Prokurorluqdan verilən məlumata görə, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də  gecə saat 2-də Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 8nəfər həlak olub, 33 nəfər yaralanıb. 

Çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Gecə saat 4 radələrində isə Ermənistan silahlı qüvvələri Mingəçevir Su Elektrik Stansiyasını hədəfə alıb. Raketlər Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycanın Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyini etdiyini bildirir. Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.