General-leytenantın polkovnik oğlu işdən çıxarıldı
20-12-2024 21:19 / Bu xəbər 85 dəfə oxundu
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.
Bakupost.az-ın xəbərinə görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir.
"Customs.gov.az" saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb.
Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub.
1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.