Generalın polkovnik bacısı oğlu niyə həbs edilib?

Generalın polkovnik bacısı oğlu niyə həbs edilib?

25-07-2021 10:37 / Bu xəbər 3167 dəfə oxundu

Vüsal Babayev rüşvətalmada ittiham olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvətalma ittihamıyla həbs edilib. 

Bakı Hərbi Məhkəməsinin qərarıyla onun barəsində istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib. 

Bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti də Meydan TV-yə təsdiqləyib.

"Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - prokurorluqdan belə deyilib.

Vüsal Babayevin özünün və ya yaxınlarının ittihama münasibəti məlum deyil.

Vüsal Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general Vaqif Axundovun bacısı oğludur. 

O, 2018-ci ilin iyulunda polkovnik Namiq Hüseynovun yerinə bu vəzifəyə təyin olunmuşdu.

Xidmətlə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Namiq Hüseynov respublikanın keçmiş hərbi komissarı, 2010-2020-ci illərdə deputat olmuş Əliağa Hüseynovun qardaşı oğludur.