Generalın “Tərtər işi”nə görə saxlanıldığı bildirilir

Generalın  “Tərtər işi”nə görə saxlanıldığı bildirilir

02-09-2022 12:21 / Bu xəbər 873 dəfə oxundu

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xəbəri APA yayıb.

Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

General-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.