Georgi Vanyan vəfat edib

Georgi Vanyan vəfat edib

15-10-2021 18:24 / Bu xəbər 1424 dəfə oxundu

Hüquq müdafiəçisinin koronavirusdan vəfat etdiyi bildirilir

Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Georgi Vanyan oktyabrın 15-də Tbilisidə koronavirusdan vəfat edib.

Bu barədə "Facebook" səhifəsində siyasi fəal Emin Milli məlumat yayıb. 

Bildirib ki, Georgi Vanyan oktyabrın 9-da ağır vəziyyətdə Tbilisi xəstəxanasına gətirilib və burada müalicə olunurdu.

Georgi Vanyan son illər Ermənsitanın Tavuş rayonunun Saxkavan kəndində yaşayırdı.

Onun Tekali sülh prosesi üç qafqaz ölkəsinin - Gürcüstanın, Azərbaycanın və Ermənistanın ictimai xadimləri arasında diskussiya yaratmasını özündə ehtiva edirdi.

Ermənistanda Azərbaycan filmlərinin festivalını keçirməyi və Xocalıya görə Ermənistanın üzr istəməsini təklif etdiyi üçün onu ölümlə hədələmişdilər.

Georgi Vanyan uzun illər idi həmyerlilərini Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa çağırış etmişdi.

Son illərdə ağır sosial durumuna görə taksi sürücüsü kimi çalışırdı.

G.Vanyan 1963-cü ildə Azərbaycanın Goranboy rayonunun Qaraçinar kəndində doğulub.

O, 1991-ci ildə Yerevan Dövlət Universitetinin teatr və kino fakültəsini bitirib.