Gəray Əsədovun deputatlığa namizədliyi qeydə alındı

Gəray Əsədovun deputatlığa namizədliyi qeydə alındı

11-01-2020 16:13 / Bu xəbər 1175 dəfə oxundu

Qarabağ Azadlıq Təşkilatınını Bərdə rayon şöbəsinin sədri, keçmiş batalyon komandiri Gəray Əsədovun namizədliyi 93 saylı Bərdə şəhər Seçki Dairəsində qeydə alınıb.
 
Bu barədə Qaynarinfo-ya Gəray Əsədovun özü məlumat verib. 
 
Gəray Əsədov Bərdə rayonunun Xanağalı kəndində anadan olub. 1991-ci ilin noyabr ayında Rusiyanın Moskva Əmək və Sosial Münasibətlər Akademiyasında təhsilini yarımçıq qoyaraq vətənə qayıdıb, Qarabağda gedən döyüşlərə qatılıb. 
 
Tezliklə şəxsi şücaətlərinə, yüksək təşkilatçılıq qabiliyyətinə görə fərqlənən Gəray Əsədov tağım, bölük, tabor komandiri vəzifələrinə irəli çəkilib. 
 
Gəray Əsədov 1992-ci ilin iyun ayının 16-da Ağdərə-Tərtər istiqamətində gedən qızğın döyüşlərdə ağır yaralanıb. Hərbi hospitalda bir müddət müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. 
 
2000-ci ildə ordudan tərxis olunub. 
 
Ehtiyatda olan baş leytenantdır. 
 
Qarabağ müharibəsi veteranı, II-ci qrup əlildir. 
 
Ordudan tərxis olunduqdan sonra Moskva Əmək və Sosial Münasibətlər Akademiyasında təhsilini davam etdirib. İxtisasca hüquqşünasdır.
 
Gəray Əsədov 2005-ci ildə 94 saylı Bərdə kənd Seçki Dairəsindən, 2010-cu ildə Bərdə şəhər Seçki Dairəsindən, 2015-ci ildə 15 saylı Yasamal Seçki Dairəsindən deputatlığa namizəd olub. 
 
AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bərdə Seysmik Stansiyasının müdiri vəzifəsində çalışır.