“Geri dönənlər” artıq “Park Cinema”da!

“Geri dönənlər” artıq “Park Cinema”da!

28-12-2022 22:25 / Bu xəbər 1363 dəfə oxundu

Fariz Əliyevin çəkdiyi "Geri dönənlər” filmi bu gündən etibarən bütün "Park Cinema” kinoteatrlarında nümayiş olunacaq. 

Filmdə əsas rolları Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd və Oksana Rəsulova ifa edir.

Süjet xəttinə gəlincə, illərdir dostluq edən 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. 

Qaydalara əsasən, dostlar mesajları və zəngləri bir-biri ilə paylaşmalıdırlar. 

Bu zaman onların sirləri ortaya çıxır və hadisələr fərqli tərəfə yönəlir.

Ekran əsərinin ssenari müəllifləri Fariz Əliyev və Əcəmi Əsədulla, rejissoru Vüsal Hacıqədirdir.
 
Hazırda "Park Cinema” kinoteatrlar şəbəkəsində həftəiçi hər gün, qeyri-iş günləri istisna olmaqla, saat 17:00-dək endirim kampaniyası davam edir və "Geri dönənlər” filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. 

Ülviyyə