Güləni Afrikaya deportasiya edirlər
20-07-2015 15:19 / Bu xəbər 1155 dəfə oxundu
"Hizmət” təşkilatının və nurçuların ABŞ-ın Pensilvaniya ştatında yaşayan lideri Fətullah Gülən bu ölkədən deportasiya olunacaq.
F.Gülən yaxın vaxtlarda Cənubi Afrikaya köçərək orada məskunlaşa bilər.
"Hizmət” təşkilatının liderinə yaxın mötəbər mənbələrdən verilən məlumata görə, təşkilatın rəhbərliyinə daxil olan şəxslər artıq Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində F.Gülən üçün yeni mənzil-qərargah axtarışlarına başlayıblar.
O da maraqlıdır ki, "Hizmət” rəhbərləri artıq CAR prezidenti Ceykob Zuma ilə də görüş keçiriblər. C.Zuma onların təklifinə mənfi cavab verib. Lakin "Hizmət” rəhbərliyi F.Gülən üçün heç olmasa oturum izni almaqda qərarlıdır. Onlar bunun müqabilində CAR iqtisadiyyatına böyük sərmayə qoymağı vəd ediblər. CAR rəhbərliyi ilə danışıqların ikinci raundunun avqustda keçiriləcəyi qərara alınıb.
Xatırladaq ki, türkiyə hökuməti F.Gülənin ABŞ-dan deportasiya olunmasına çoxdan çalışır. Əgər F.Gülən Türkiyəyə qayıtsa, terrorun təşkilinə dəstək maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaq. (Virtualaz.org)












