Gülnarə Kərimova həbs olundu

Gülnarə Kərimova həbs olundu

28-07-2017 11:13 / Bu xəbər 2065 dəfə oxundu

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub. 
 
"RİA Novosti"nin istinadən verdiyi xəbərə görə, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.
 
"Gülnarə Kərimovaya qarşı Cinayət Məcəlləsinin 168, 178, 182, 189, 228 və 243-cü maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qəti imkan tədbiri seçilib", - deyə Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə üzrə İdarəsinin açıqlamasında bildirilir.

Arqument.Az