Gömrük generalının qardaşı oğlu niyə həbs edilmir? – İki dəfə adam öldürüb

Gömrük generalının qardaşı oğlu niyə həbs edilmir? – İki dəfə adam öldürüb

24-02-2021 21:41 / Bu xəbər 964 dəfə oxundu

2020-ci ilin sentyabr ayının 2-də AzTV-nin əməkdaşı Sərxan Məmmədovu yolu keçərkən maşın vuraraq öldürüb. 

Onun ölümündən dərhal sonra hadisənin təfərrüatları ortaya çıxıb.

Məlum olub ki, AzTV-nin əməkdaşını maşınla vurub öldürən şəxs Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin qardaşı oğlu Samir Abdullayevdir.

Araşdırmalar nəticəsində bəlli olub ki, S.Abdulayev ikinci dəfə avtomobillə qəza törədib. O, bundan əvvəl də bir nəfəri maşınla vurub öldürüb. 

S.Abdullayev hər iki qəza nəticəsində iki nəfərin həyatına son qoyub.

Məlumata görə, iki nəfəri öldürən S.Abdullayev azadlıqdadır və özünün ərköyün hərəkətləri ilə şəhərdə ad çıxarıb. 

S.Abdullayevin hər iki cinayətini ört-basdır edən, onu həbsdən qurtaran şəxs elə əmisi Ə.Abdullayevdir.

1963-cü il təvəllüdlü Ə.Abdullayev Babək rayonunun Nehrəm kəndindəndir. 

Bildirilir ki, onun qardaşı da general rütbəsi daşıyır və hazırda yüksək vəzifədə çalışır.

Hər iki qardaş böyük biznes şəbəkəsi yaradıb. 

Onların Bakının müxtəlif yerlərində mənzillərinin, villarının, ticarət obyektlərinin, restoranlarının olduğu da bildirilir.

Ə.Abdullayevin bu qədər geniş imtiyazlara və gücə sahib olmasının əsas səbəbi isə onun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin "qara kassası” olmasıdır.///azsiyasət.com