Günel Səfərova: "Özünə güvən, trola yox"

Günel Səfərova:

24-01-2020 21:14 / Bu xəbər 1350 dəfə oxundu

9 saylı Binəqədi ikinci seçki dairəsindən müstəqil namizəd Günel Səfərova ərazidə qanun pozuntularının olduğunu deyir.

Bu barədə o, Arqument.Az-a məlumat verib.

Namizəd bildirib ki, seçki dairəsi ərazisində olan seçicilərin şəxsiyyət vəsiqələri onlardan alınıb: "9 saylı Binəqədi ikinci seçki dairəsi ərazisində qeydiyyatda olan bəzi büdcə təşkilatlarında (xəstəxana, poliklinika, məktəb) çalışan seçicilərin şəxsiyyət vəsiqələri yığılıb". 

Səfərova deyib ki, qanun pozuntuları ilə bağlı DSK-ya şikayət edəcək: "Həmin vəsiqələr hakim partiya namizədinin tabeçiliyində olan, amma rayon ərazisində qeydiyyatda olmayan insanlara paylanılır. Demişdilər və tapşırıq almışdılar ki, ənənəvi üsulla saxtakarlıq etməyin. Topa bülleten və karusel yerinə yeni metod tapılıb. Bunu da ifşa edəcəyik. Ay trol sahibi, özünə güvən və seçicini aldatma, vətəndaşdan səs almaq lazımdır, troldan yox! Xahiş edirəm bu məlumatları siz də dairənizdə araşdırın. Birinci gün DSK ya şikayət ediləcəkdir".

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.