Google üç hərfə görə 25 milyon dollar verdi

Google üç hərfə görə 25 milyon dollar verdi

03-01-2015 10:11 / Bu xəbər 1113 dəfə oxundu

Amerikanın Google korporasiyası ".app" domeni üzərində hüquqlar üçün 25 milyon dollar ödəyib. 

Ötən həftə keçirilən hərracda Google digər iştirakçılardan, o cümlədən, Amazom İnc-dan daha yüksək məbləğ təklif edib. 

Google tərəfindən ödənilən vəsait bundan əvvəlki rekorddan üç dəfə artıq olub. Bundan əvvəl Dot Tech LLC ".tech" domeni üçün 6,8 milyon dollar ödəmişdi. 

Amazon isə ".buy" domenini 4,6 milyon dollara, ".spot" domenini 2,2 milyon dollara əldə etmişdi.

Google ".app" domenini əldə etməklə ondan istifadə hüququnu digər istifadəçilərə sata bilər. Şirkət domendən istifadə planlarını hələlik açıqlamayıb.///musavat.com