Goranboy, Tərtər və Ağdam əraziləri atəşə tutulur
13-10-2020 10:03 / Bu xəbər 895 dəfə oxundu
Ermənistən silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.
Döyüşlər nəticəsində Azərbaycan Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.
Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.












