Gürcüstan NATO-ya girir
18-01-2014 10:43 / Bu xəbər 874 dəfə oxundu
NATO Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək. Bu məqsədlə Tiflisdə NATO-Gürcüstan təlim-tədris mərkəzinin yaradılması nəzərdə tutulur.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstanın baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O deyib: "Biz bunu Gürcüstanın müstəqilliyinə hörmətimizə görə edirik. Biz təlim-tədris mərkəzini yaratmağa qərar verdik və bu, yaradılacaq."
Onun sözlərinə görə, NATO Gürcüstanın Avropaya inteqrasiya prosesini davam etdirməsini, bu yola sədaqətini alqışlayır: "Bu, çox əhəmiyyətlidir və birmənalı yanaşmadır. Eyni zamanda, NATO-nun 2008-ci ildə keçirilən Sammitində qəbul olunan qərara uyğundur. O zaman qərar qəbul etdik ki, Gürcüstan NATO-nun üzvü olacaq. Buna görə, biz Gürcüstanın bu kursa sədaqətini alqışlayırıq."
Şimali Atlantik İttifaqından bildirilib ki, bu tədris mərkəzi NATO-ya məxsus olmayacaq, sadəcə hərbi təşkilat bunun yaradılmasında Gürcüstana kömək edəcək.(ANS)
Arqument.az












