Gürcüstan polisi David-Qareci kompleksində insident baş verdiyini bildirib [VİDEO]

Gürcüstan polisi David-Qareci kompleksində insident baş verdiyini bildirib [VİDEO]

15-07-2019 14:12 / Bu xəbər 210 dəfə oxundu

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanla sərhəddə yerləşən Keçikçi Dağı Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərdə deyilir ki, DİN vətəndaşları Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın işinə mane olmamağa çağırıb.

Müraciətdə qeyd olunub ki, ötən gün sərhəddə baş verən kiçik insidentlə bağlı araşdırma aparılır: "Biz cəmiyyəti və vətəndaş qruplarını razılığın mümkün qədər tez əldə olunması üçün delimitasiya üzrə komissiyanın işinin sakit mühitdə keçirilməsinə imkan verməyə çağırırıq”.

Gürcüstanın Daxili İşlər Nazirliyi öz ölkəsinin vətəndaş fəallarını yaradılmış komissiyanın Gürcüstan və Azərbaycan sərhəddlərinin delimitasiyasını sakit şəraitdə aparmağa imkan vermələrinə səsləyib. 

Hadisə yerindən çəkilmiş videoda görünür ki, gürcü vətəndaşları Azərbaycan sərhəddçilərinə hücum edərək silahlarını və güllə daraqlarını əllərindən alır. Lakin insidentdən az sonra vəziyyət nəzarətə alınıb və hazırda hadisə yerində sakitlikdir.

DİN-in məlumatına görə, artıq polis hadisə yerində faktları öyrənməyə başlayır.

David-Qareci monastr kompeksində çalışan gürcü bələdçinin sözlərinə görə, yerli əhalinin qəzəblənməsinin səbəbi Azərbaycan sərhədçilərinin kilsədəki ikonaları icazəsiz çıxarılması olub.
 
Azərbaycan tərəfi məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.