Gürcüstan Saakaşviliyə görə Ukraynaya xəbərdarlıq etdi

Gürcüstan Saakaşviliyə görə Ukraynaya xəbərdarlıq etdi

24-04-2020 16:16 / Bu xəbər 521 dəfə oxundu

"Ukraynada Mixail Saakaşvili baş nazirin müavini təyin edilsə, Kiyevdəki səfirimizi geri çağıracağıq".

"Report” xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib.

Gürcü Arzusu Partiyasının deputatı Rati İonatamişvili isə "İmedi” telekanalına deyib ki, Mixail Saakaşvili Ukrayna baş nazirinin müavini təyin olunarsa, ikitərəfli münasibətlərə xələl gətirəcək.

Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın keçmiş prezidentinə islahatlar üzrə baş nazirin müavini vəzifəsini təklif edib. M.Saakaşvili təklifi müsbət qarşılayıb.