Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

15-04-2020 15:35 / Bu xəbər 1048 dəfə oxundu

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 306 nəfərə çatıb.

APA  xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4990 nəfər saxlanılır, stasionar müalicədə isə 462 nəfər var. Virusa yoluxmuş şəxslərdən 69-u sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.