Görün deputat özünə Pirşağıda necə villa tikdirib?
22-08-2023 22:17 / Bu xəbər 952 dəfə oxundu
Hüquq müdafiəçisi Samir Adıgözəlli QHT Agentliyinin Müşahidə Şurasının sədri, deputat Azay Quliyevin Pirşağıdakı bağ evi – villasının görüntülərini yayıb.
Bu barədə hüquq müdafiəçisi Feysbuk hesabında yazıb.
Məlumatda bahalı villanın korrupsiya pulları hesabına tikildiyi iddia edilib: "Xəritədə gördüyünüz bağ təkcə evdən ibarət deyil, burda hər cür şərait yaradılıb. Dənizə yaxın məsafədə tikilən Villa kompleksdə Azay müəllim stadionda yaradıb. Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib. Bu hələ bir faktdır. Görün bu stadionlardan daha neçə yerlərdə, İstanbulda vardır. Gərəkli məqamda onları da paylaşacam, həmdə video çıxışla..."
"Aydın məsələdir ki Azay Quliyev millət vəkili maaşı ilə fantastik komforta, mulklərə sahib olması mümkün deyil. Neçə-neçə QHT rəhbərləri, jurnalistlər var ki, evsiz qalıblar, bunlarda isə pulun artiqligina bax özlərinə stadion tikirlər. Bu qədər harınlıq və QHT sektoruna düşmən kəsilməyin bir məntiqli cavabı mütləq olmalıdır".