Günel Həsənlinin şəxsi həyatına müdaxiləylə bağlı cinayət işi açılıb

Günel Həsənlinin şəxsi həyatına müdaxiləylə bağlı cinayət işi açılıb

30-04-2021 12:26 / Bu xəbər 2379 dəfə oxundu

Ehsan Zahidov: "İstintaq davam edir, nəticələri barədə məlumat verəcəyik"

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə intim görüntülərinin yayılması ilə bağlı cinayət işinin başlanıldığı deyilir.

Bu barədə yayılan məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Meydan TV-yə təsdiqləyib.

Ehsan Zahidov videoda olan şəxsin müəyyən olunduğunu söyləyib.

Onun sözlərinə görə, görüntülərlə bağlı Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb: "Hazırda bu məsələ ilə bağlı istintaq davam edir. İstintaq başa çatandan sonra nəticələr haqqında məlumat veriləcək".

Martın sonunda Günel Həsənliyə qarşı təxribat törədilib, onun intim görüntüləri sosial şəbəkələrdə yayılıb.

Aprelin 3-də Günel Həsənli vəkili ilə birgə Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsinə ərizə təqdim edib, ondan izahat alınıb.

Aprelin 7-dən isə ona hadisənin Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi İlqar adlı tədqiqatçı tərəfindən araşdırıldığı deyilib.