Gürcüstan müxalifəti yenə “Rusiya qanunu”na etiraz üçün küçələrə çıxıb
11-04-2024 01:13 / Bu xəbər 1196 dəfə oxundu
Tbilisidə "Rusiya qanunu”na etiraz üçün on minə yaxın insan küçələrə axışıb.
"Azadlıq yürüşü” adlandırılan bu aksiya parlament binası qarşısında, 1989-cu ilin 9 aprelində Gürcüstanın müstəqillik tərəfdarları və Tbilisiyə yeridilmiş sovet qoşunları arasında toqquşmaların olduğu yerdə sona çatıb.
Təşkilatçılar bununla müstəqillik uğrunda mübarizənin hələ də davam etdiyini ifadə etməyə çalışıblar.