Gürcüstan Prezidenti: “...Biz mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil”

Gürcüstan Prezidenti: “...Biz mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil”

29-10-2024 00:42 / Bu xəbər 479 dəfə oxundu

Gürcüstanda parlament seçkilərinin nəticəsinə etiraz olaraq müxalif qüvvələrin aksiyası keçirilib.

Aksiyada Gürcüstan prezidenti Salome Zurabişvili də çıxıb edib. 

O, dövlət bayrağı qarşısında and içərək xalqın səsinin və ölkənin gələcəyinin oğurlanmasına imkan verməyəcəyini bildirib.

Gürcüstan Prezidenti Qərb liderlərilə danışdığını və seçkilərin qeyri-legitim olması faktı ilə onların da razılaşdığını deyib.

"Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil, indi vacib olan sakit bir şəkildə və başımızı qaldıraraq səslərimizi müdafi etməkdir”, - S.Zurabişvili qeyd edib.  

"Birlik-Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze isə deyib ki, seçkilərin nəticələri ləğv olunmalı, yeni seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir.