Gürcüstanda benzinin qiyməti rekord həddə çatıb

Gürcüstanda benzinin qiyməti rekord həddə çatıb

12-05-2021 14:35 / Bu xəbər 2889 dəfə oxundu

Gürcüstanın əksər brend yanacaqdoldurma məntəqələrində "Super” markalı benzinin bir litrinin qiyməti 3 larini (1,48 manat) ötüb.

Bu, yanacaq bazarında rekord həddir. ''Report''un məlumatında deyilir.

Beynəlxalq bazarlarda neftin bahalaşması və larinin ucuzlaşması ilə aşağı keyfiyyətli yanacaq növlərinin də qiymətlərinin artacağı gözlənilir.

Hazırda qonşu ölkədə benzinin ən aşağı qiyməti bir litr üçün 2,74 lari (1,35 manat) təşkil edir.