Gürcüstanda daha 887 nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 887 nəfər koronavirusa yoluxub

16-10-2020 12:25 / Bu xəbər 1072 dəfə oxundu

Gürcüstanda son sutkada daha 887 nəfərdə koronavirus aşkarlanıb, 246 nəfər sağalıb, 11 pasiyent ölüb.

Bu barədə "Report” məlumat yayıb.

Bununla da COVID-19-a ümumi yoluxma göstəricisi 15 327 nəfərə çatıb. 

Sağalanların sayı 7 613, ölənlərin sayı isə 124 olub.

Hazırda karantində 5 721, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

1090 asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur.