Göyçaya yeni icra başçısı təyin olunub

Göyçaya yeni icra başçısı təyin olunub

17-10-2022 18:18 / Bu xəbər 989 dəfə oxundu

Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə ölkə başçısı İlham Əliyev oktyabrın 17-də sərəncam imzalayıb.

1970-ci il təvəllüdlü Natiq Ağayevin Bakının Yasamal rayonunda qeydiyyatda olduğu bildirilsə də, onunla bağlı hər hansı bir ətraflı məlumata rast gəlinmir.

Bundan əvvəl Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə olub.

O, 2022-ci il fevralın 28-də vəzifəsindən azad edilmişdi.