"Hacı Mazan" qəzaya düşüb

03-07-2019 14:26 / Bu xəbər 2890 dəfə oxundu

İyulun 2-də Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.  

Hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Range Rover" markalı minik avtomobilinin aşması nəticəsində 1959-cu il təvəllüdlü Ramazan Hüseyn oğlu Zeynalov və 1987-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Kərimov xəsarət alıb. 

Ramazan Zeynalov "Hacı Mazan" ləqəbi ilə tanınır. 

Məlumata görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti "Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

O, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadənin yaxın qohumudur. Hacı Mazan iş adamıdır.
 
Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb. 

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Ona ilkin tibbi yardım göstərilib. 

Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.

Qəza ilə bağlı yeni detal məlum olub. Belə ki, Hacı Mazanın olduğu "Range Rover” 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşub.///qafqazinfo