Hadı Rəcəbli də nəvəsinə 150 nəfərlik toy edib - VİDEO

Hadı Rəcəbli də nəvəsinə 150 nəfərlik toy edib - VİDEO

24-08-2020 00:00 / Bu xəbər 2957 dəfə oxundu

Sabiq deputat Hadı Rəcəblinin nəvəsinə toy mərasimi təşkil etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Musavat.com xəbər verir ki, videogörüntülərdə tibbi maskadan istifadə edən şəxs də görünür. 

Bu isə həqiqətən də, çəkilişin karantin günlərində aparıldığını göstərir.

Yayılan məlumatlara görə, toy "Sea Breeze” restoranında təşkil edilib və mərasimdə 150 nəfər iştirak edib.

Musavat.com yaydığı videogörüntünü təqdim edirik: