Hadı Rəcəblinin də dairəsində nəticələr ləğv edilir?

Hadı Rəcəblinin də dairəsində nəticələr ləğv edilir?

11-02-2020 14:13 / Bu xəbər 1296 dəfə oxundu

İlkin rəsmi nəticələrə görə, 74 saylı Lənkəran kənd seçki dairəsində liderlik edən Hadı Rəcəblinin nəticələri ləğv ediləcək.

Axar.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, dairə ilə bağlı Mərkəzi Seçkilər Komissiyasına daxil olan müraciət və şikayətlər araşdırılır. 

Sözügedən dairə üzrə 39 məntəqə var. 35.434 seçicisi olan dairədə ilkin məlumata görə, Hadı Rəcəbli 54,8%-lə lider olub. Lakin dairə ilə bağlı gələn şikayət və müraciətlərin ciddi araşdırıldığı qeyd edilir.

Xatırladaq ki, 73 yaşlı deputat Hadı Rəcəbli 1990-cı ildən bəri Azərbaycan SSR Ali Sovetinin və Milli Məclisin bütün çağırışlarında deputat seçilib.