"Hakimiyyət daxilində böhran dərinləşir" - Arif Hacılı
09-09-2017 13:47 / Bu xəbər 1816 dəfə oxundu
"Bəlkə də, Mehman Əliyevin həbsi onun daim danışdığı böyük dəyişikliklərin başlanğıc nöqtəsi olacaq".
Bunu Müsavat başqanı Arif Hacılı öz Feysbuk səhifəsində yazıb.
O bildirib ki, hakimiyyət daxilində böhran dərinləşir: "Yazıçı Anarın, Mətbuat Şurasının müraciətlərindən sonra da Mehman Əliyevin azadlığa buraxılmaması, bu gün onun məhkəməsinin 3 saatlıq çək-çevirdən sonra təxirə salınması göstərir ki, ölkədə hakimiyyət böhranı dərinləşir. Bəlkə də, Mehman Əliyevin həbsi onun daim danışdığı böyük dəyişikliklərin başlanğıc nöqtəsi olacaq”.
Arqument.Az












