Hakimiyyətə Xalq Cəbhəsi gəlir - İlkin nəticələr
27-01-2014 12:19 / Bu xəbər 942 dəfə oxundu
Ukraynada parlamentə keçirilən seçkilərdə səslərin sayılması davam edir.
Bülletenlərin 30,27%-in sayılmasından sonra baş nazir Arseni Yatsenyukun Xalq Cəbhəsi Partiyası 21,7%-lə öndədir. “Pyotr Poroşenko bloku” cüzi səs fərqilə (21,59%) onu izləyir. Üçüncü yerdə 10,56%-lə Lvov merinin partiyası “Samopomiç” gedir.
Ardınca Xarkov vilayətinin sabiq qubernatoru Mixail Dobkinin “Müxalifət bloku” ( 9,62%), Oleq Lyaşkonun Radikal partiyası (7,52%), Yuliya Timoşenkonun “Batkivşina”sı (5,81%) gəlir.
Qalan partiyalar 5%-lik baryeri keçə bilməyib.(Avropa.info)
Arqument.az












