"Hakimiyyəti devirmək üçün Ermənistanı münaqişəyə cəlb etmək istədilər" - Paşinyan

20-09-2023 17:45 / Bu xəbər 1562 dəfə oxundu

"Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsi funksiyası hazırda tamamilə Rusiya sülhməramlı kontingentinə həvalə edilib". 

Bunu sentyabrın 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.

O bildirib ki, Ermənistan Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında bəyanatın mətninin hazırlanmasında iştirak etməyib: "Əgər sülhməramlılar belə bir təklif veriblərsə, onlar Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi üzrə tam və qeyd-şərtsiz öhdəlik götürüblər".

O, sazişin Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutan bəndilə razı olmadığunu bildirib: "Yerevan dəfələrlə bəyan edib ki, 2021-ci ilin avqustundan Dağlıq Qarabağda Ermənistan qoşunları yoxdur".

Paşinyan Qarabağdakı hərbi əməliyyatın məqsədinə də toxunub. 

O deyib ki, Yerevanda hakimiyyətin devrilməsinə nail olmaq üçün Ermənistanı münaqişəyə cəlb etmək istədilər.