Hakimiyyəti zorla ələ keçirmək istəyənlər həbs edildi

Hakimiyyəti zorla ələ keçirmək istəyənlər həbs edildi

27-03-2016 15:36 / Bu xəbər 1617 dəfə oxundu

Qırğızıstan məhkəməsi ölkədə hakimiyyəti zorla ələ keçirməyə cəhd etmək ittihamı ilə müxalifət hərəkatının iki lideri - Kubanıçbek Kadırov və Bektur Asanovu iki ay müddətinə həbs edib.

Azərtac xəbər verir ki, Qırğızıstan Milli Təhlikəsizlik Komitəsi mətbuat xidmətinin verdiyi məlumata görə, onlar "Adamları küçəyə çıxarmaq”, "Ağ evi tutmaq” (Prezident Administrasiyası və parlamentin binası) çağırışları ilə ittiham edilir.

Müxalifət liderləri regionlarda mitinqlər təşkil etməkdə və digər müxtəlif aksiyalar təşkil etməkdə də günahlandırılır.

Məlumatda deyilir ki, ilkin istintaqın nəticələri göstərir ki, onların məqsədi ölkədə ictimai–siyasi vəziyyəti gərginləşdirmək, nəticədə hakimiyyəti güc yolu ilə ələ keçirmək olub.
 
Arqument.Az