Hakimiyyətin blok və izləmə siyasəti: Avadanlıqlar, şəxslər, şirkətlər, maliyyə, korrupsiya [Araşdırma]

Hakimiyyətin blok və izləmə siyasəti: Avadanlıqlar, şəxslər, şirkətlər, maliyyə, korrupsiya [Araşdırma]

14-04-2018 19:35 / Bu xəbər 1469 dəfə oxundu

Azərbaycan hakimiyyətinin müstəqil saytları bloklamaq, sosial şəbəkə istifadəçilərini izləmək məqsədilə aldığı avadanlıqlar, bu alış verişdə iştirak edən şəxslər, şirkətlər, onların dövlət qurumları və nazirlərlə bağlılığı barədə beynəlxalq mətbuatda məqalə dərc edilib. 

Abzas.net xəbər verir ki, bu barədə araşdırma Qurium.org saytında dərc edilib.

KORRUPSİYA, SENZURA VƏ DƏRİN PAKET YOXLAYICILARI (DPY) SATICILARI

2015-ci ildə Avropa Oyunları ərəfəsində Azərbaycan hakimiyyəti sosial medianı izləmək və bloklamaq üçün xüsusi avadanlıqlar aldı. Azərbaycanda yüksək səviyyəli hökumət rəsmiləri və hökumətlə sıx əməkdaşlıq edən biznes adamlarının da daxil olduğu korrupsiya skandalından sonra, onların korrupsiya, güc və informasiya mübadiləsi arasındakı əlaqələrini görə bilərik.  Araşdırmamızın bir hissəsi olaraq, biz öyrəndik ki, 2015-ci ildə informasiyanı nəzarətdə saxlamaq üçün İsrail şirkəti olan "Allot Communications”-dan avadanlıqlar alınmışdır, hansı ki bu şirkətin adı 2011-ci ildə Danimarkadan olan bir şəxs vasitəsi ilə İrana İKT  sistemlərinin ötürülməsində çəkilirdi. Avadanlıqlar 3 milyon dollardan az olmayan bir məbləğə başa gəlib və araşdırmalar tenderdə iştirak edən kompleks rüşvət şəbəkəsini üzə çıxarıb. Hökümət vəsaitlərinin xalqa ötürülən informasiyanı nəzarətdə saxlamaq üçün istifadə olunması pis olmasa da, Azərbaycan xalqına məxsus vəsaitlər korrupsiyaya bulaşmış dövlət məmurlarının və hökümətlə bağlı biznesmenlərin əlinə keçib.

Azərbaycan hakimiyyəti 2017–ci ilin Martında "Allot Communications”-un DPİ (Dərin paket yoxlaması –DPY) funksiyasını tətbiq etdikdən sonra ölkədə əsas media orqanları bloklandı, bundan sonra Virtualroad.org bu blokları aradan qaldırmağın yollarını axtardı. Bir il sonra, ağır əziyyətlərdən və böyük miqdarda büdcə xərcləndikdən  sonra 3 milyonluq DPY sisteminin boşluğunu tapdıq və bu imkan verdi ki, blokları aradan qaldıra bilək.

Bir il sonra 3 milyonluq DPY sistemi tərəfindən bloklanan azadliq.info, 24saat.org və abzas.net kimi saytlara giriş yenidən mümkün oldu.

1-ci HİSSƏ: Rəzil İsrail sistemi Azərbaycanda dissidentlərin susdurulması üçün istifadə olunur.

Rəsmi sənədlər, sızdırılan materiallar, oxşar avadanlıqlara çıxış, funksional xüsusiyyətlərin öyrənilməsi və internet məlumatlarının trafiklərinin təhlillərinə əsaslanaraq, Qurium Azərbaycan hökumətinin İsrail şirkəti Allot Communications-in DPY avadanlıqlarından istifadə etdiyini müəyyən edib.

Allot Communications eyni məhsulları ticarət sanksiyalarına baxmayaraq  2011-ci ildə İrana da satmışdır. Alış-veriş danimarkalı bir broker tərəfindən həyata keçirildi və 2011-ci ildə Bloomberg bu haqda məqalə dərc etdi. 2015-ci ildən etibarən ixtisaslaşdırılmış İKT avadanlığının satınalınması prosesində Azərbaycanla bağlı korrupsiya qalmaqalına baxarkən, Allot avadanlıqlarının qiymət etiketini tapdıq. Müxalifləri susdurmaq üçün 3 milyon dollar.

Allot Sigma platforması üçün satış təklifləri 572.832 abş dollarıdır. Çatdırılma daxildir.

"3 milyonluq qutu” necə görsənir?

DPY sistemi istənilən cür fərdi məlumatların linklərə keçirilməsini izləyə bilər. Yönləndiricilər və daha sadə şəbəkə qurğularının əksinə DPY-lər trafik axıntısının bütün detallarına qədər izləyə bilir. Əksər DPY qurğuları "xidmət keyfiyyəti” problemlərini həll etmək üçün dizayn edilir və satılır. Məsələn, bir şəbəkə provayderi müəyyən veb saytları sürətləndirmək və başqalarını yavaşlatmaq və ya bloklamaq üçün istifadə olunur. "Allot Service Gateway” məsələsində, avadanlıq trafiki yönəldilmək və xüsusi veb saytları bloklamaq imkanını təklif edir. Allot bu imkanları təkilf edir: Bloklama: İnternet Təhlükəsizlik, DPY SNI, DPY MITM və ya Monitorinq: Təmiz görüntü.

Allot Sigma internet şəbəkəsinin içərisində yerləşdirilir. Bu o deməkdir ki, internet trafiki ümumi halda təftiş olunması üçün ötürülür. BP-204 hardvare çatışmazlığı və ya proqram təminatının saxlanması halında trafikin heç vaxt kəsilməyəcəyi bir şəkildə tərtib edilmişdir. Texnologiyanın daha kiçik versiyalarında "xarici keçid modulu” kimi tanınan xarici bir ötürmə vasitəsindən istifadə olunur.

DART nədir?

DPY sənayesindəki hər bir satıcının öz "satış jarqonu” vardır. Allot məsələsində, onlar "DART” adını istifadə edirlər. Allot-a görə, onların DART IP ünvanları və ya port nömrələri kimi ümumi imzalar əsasında trafik tanınmır, lakin fərqli trafik nümunələri tapmaq üçün trafik axınlarının xüsusiyyətlərini yoxlayır. Onların satış nümayəndələri DART-ın zərərli trafik sahələrinin müəyyən etdiyini və aradan qaldırdığını iddia edir. Şüarları isə belədir:

Allot: Şəbəkə və İstifadəçi Davranışını Analiz edin – Bilin. Nəzarət edin. Təhlükəsizliyi təmin edin.

URL Filtrələmə xüsusiyyəti "Bir çox ölkələr internetdən müəyyən məzmun növlərinin yayılmasının qeyri-qanuni olduğunu elan etmişlər” kimi təsvir edilmişdir.

DART-ı anlamaq

İdeal olaraq, test və qiymətləndirmə üçün Allot Sigma platformasını almalıydıq. Lakin, büdcəmiz 572.832 ABŞ dolları xərcləməyə icazə vermədi (göndərilmə pulsuz olsa belə!). Bəs DART haqqında daha çox məlumatı necə öyrəndik? Allot həmçinin DART texnologiyası ilə "qeyri-rəsmi” platforma və "NetEnforcer” satır. AC-1440 və ya AC-3000-nın qiymətləri Ebay-da 500 ABŞ dollarıdır.

2-ci HİSSƏ: Pulu izləyin – cinayətkarı tapın

Hər şey 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Rabitə və  Yüksək Texnologiyalar naziri Əli Abbasovu, bir neçə həftə sonra isə Milli Təhlüksəizlik Naziri Eldar Mahmudovu və bir neçə iri ranqlı məmuru işdən azad etdikdən sonra başladı. Əli Abbasovun hansı səbəbdən işdən azad olunması qaranlıq qalmışdı, lakin bir müddət sonra öyrəndik ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bir hesabatında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə rəsmisinin adı çəkilir. Cinayət işi həmçinin tenderlərin təşkil olunmasında istifadə olunan rüşvət alış-verişlərini də əhatə edirdi. Bəzi tenderlər sosial medianın, hətta müstəqil saytların bloklanması üçün lazımi İKT-lərin alınmasını da özündə ehtiva edirdi. Bloklanan bəzi xəbər saytlarının kökündə Qurium dayandığı üçün, bu məsələ bizim də diqqətimizi cəlb etdi.

Bir il sonra gözlənilmz bir hadisə baş verdi. Hökümət-yanlı xəbər saytları olan qafqazinfo.az və lent.az RYT Nazirliyində baş vermiş korrupsiya istintaqının detallarını paylaşdı. Görünüşə görə,  nazirlik daxilində təmizlik zamanı idi və kimsə günahları öz boynuna almalı idi.

Məqalələr göstərir ki, Bakı 2015 Avropa Oyunları üçün avadanlıqnarın  alınmasına İsrail şirkəti "Allot Communications” ə təxminən 3 milyon dollar ödənilib. Avadanlıqlar Facebook,  Viber və Whatsapp şəbəkələrinin izlənilməsi üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən alınmışdır. Məqalədə həmçinin göstərilir ki, A.Kərimov (AKEY-in yaradıcısı) və Cəmil Abdullayev (AKEY-in texniki direktoru) MTN tərəfindən İsrailə göndərilib. Xüsusi  avadanlıqların alınmasından sonra onlar MTN üçün 5 operatora da (Azertelecom, Azercell, Bakcell, Azerfon və Delta Telecom) girişi olan bir otaqda yerləşdirilib.

Əsas oyunçular kimlərdir?

2015-ci ilin Dekabrında Bakı Binəqədi Rayon Məhkəməsi Kərimovun istintaqdan boyun qaçırdığı üçün həbs oldunduğunu elan etdi.

Korrupsiya istintaqında əsas rol oynayan Kərimovu yaxından tanımaq üçün biz Azərbaycanda Dövlət KİV-lərindən məlumatlar öyrəndik və ICIJ (Beynəlxalq Araşdırmacı Jurnalistlər Konsorsiumu) tərəfindən verilən Offshore şirkətlər haqda məlumatlar bazasına daxil olduq. Öyrəndik ki, Kərimovun tam adı Ayaz Kərimovdur və o Stellford, Cartburg, Caspian NC və AKEY kimi bir neçə şirkətin yaradıcısıdır.  Onun şirkətlərindən bəziləri "Caspian Telecom LLC” (AS201167), Stellford MMC 2011-2014 (AS41997) və "Connect” (AS61304) internet daşıyıcıları kimi fəaliyyət göstərir. Offshore şirkətlər haqda məlumatlar bazası Kərimov və onun şirkətləri haqda bəzi məlumatları izləməyə imkan yaradır:


Bir neçə xəbərə görə, Ayaz Kərimov və keçmiş Təhlükəsizlik nazirinin oğlu Anar Mahmudov "Caspian Telecommunication” şirkətinin törəmə şirkəti olan Cartburg Networks Corp. şirkətini təsis edib və "təşkilolunmuş tenderlərdən” pul qazanılmasına cavabdehdirlər. Tenderlərdən biri 2015-ci ilin aprel ayında İP üzərindən telefon xidmətlərinin göstərilməsi üçün Belarusiyanın Beltelecom şirkəti və Avropa Oyunları üçün „Allot Communications"-dən cihazların alınması ilə bağlıdır. Bu Allot-un nəzarət üçün avadanlıqların satdığı birinci hal deyil. 2011-ci ildə Electronic Frontier Foundation (EFF) Allot-un İrandakı rolunu üzə çıxarmışdı.

Azeri.today saytına görə AKEY MMC-nin əməkdaşları tərəfindən Azərtelekom MMC, "Azercell Telekom” MMC, "Bakcell” MMC-yə alınan avadanlıqların quraşdırılması və xidməti baş tutmuşdur. Təftiş nəticəsində məlum olmuşdur ki, "Aztelekom” MMC-də olan avadanlıq "Cartburg NC” -yə, digər iki yerdəki avadanlıq isə Milli Təhlükəsizlik Nazirliyinə aiddir. Aztelekom-dakı avadanlıq S-12 stansiyasında yerləşirdi və qiyməti təxminən 113 min ABŞ dollarıdır.

Y.Mammadov

Yaşar Məmmədov AKEY-in şəbəkə texniki kimi çalışırdı, öz CV-sində və Linkedin profilində "Allot Communication Sigma və Tera” və "Şəbəkə Nəzarət Avadanlıqları” kimi bacarıqları qeyd etmişdi.

Kopya kağızı – kim kimdir?

NAZİRLİKLƏRDƏ

Elmir Vəlizadə: Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini. Bakutel kimi İKT tədbirlərində və İsrail Ticarət Palatasının Allot Communications-a bağlı təşkil etdiyi tədbirlərə tez-tez qatılırdı.

Əli Abbasov: Köhnə Rabitə və Texnologiya naziri. 2015-ci ilin oktyabr ayında "Milli Təhlükəsizlik Nazirliyinin Korrupsiya Skandalı” zamanı işdən çıxarıldı. İndi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) məsləhətçi kimi işləyir.

Eldar Mahmudov: Oğlu "Caspian Telecommunication” şirkəti vasitəsilə İKT avadanlıqlarını alınmasında iştirak edən keçmiş  Milli Təhlükəsizlik naziri.

Vidadi Zeynalov: Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri. Razılaşdırılmış tenderlərdən faydalandığı üçün 13 il həbs cəzasına məhkum edildi.

Korrupsiya qalmaqalının əsas iştirakçıları, onların Azərbaycan hakimiyyəti və ya şəxsi şirkətlərlə olan əlaqələri və münasibətləri 
 
TENDER ŞƏBƏKƏSİNDƏ

Anar Mahmudov: Milli Təhlükəsizlik Nazirinin oğlu. Ayaz Kərimovun dostu və AKEY-nin  ("Allot Communications”-dən DPY avadanlıqlarının satın alınması ilə məşğul olan şirkət) həmtəsisçisi.

Ayaz Kərimov: AKEY-in həmtəsisçisi və Stellford "İnternet provayderi və məsləhətçi” kimi ofşor şirkətlərin sahibi. Onun şirkəti Allot Communications DPY-ləri satın almaqda iştirak edirdi.

Cəmil Abdullayev: AKEY-in texniki direktoru.

Nigar Əlizadə: AKEY-in Mühasibidir. AKEY-in yalnız Caspian Telecommunications, Casptel üçün çalışdığını açıqladı.

Yaşar Məmmədov: AKEY-in texniki şəbəkə mühəndisi. Alot Sigma və Tera Equipment müşahidə avadanlıqları üzrə ixtisaslaşmışdır. 2011-2012-ci illərdə "AzərTelekom” MMC-də Müşahidə Qrupunda mühəndis vəzifəsində çalışıb.

Manti Effrosyni: Cartburg Networks şirkətinin rəhbəri, Cartburg Networks şirkəti Caspian Telekommunikasiya şirkətinin Belarusiyadakı telefon xidmətlərini təklif edən bir törəmə şirkətidir. Manti Effrosyni burada qeyd edildiyi kimi bir neçə ofşor şirkətin sahibidir.

Pulu izləyin, kommisiyaları və rüşvət tapın

Azərbaycanda dövlət KİV-lərində gedən məlumatlara görə, qazanılan pulun əksər hissəsini Cartburg şirkəti götürürdü. Azər Tacın bir məqaləsinə görə, "Cartburg Networks” "Caspian” Telekommunikasiya şirkətinin törəmə şirkətidir. Cartburg, üç mənbədən 90 milyon ABŞ dolları almışdı və bu məbləği ən azı altı fərqli bu "iştirakçıya”  göndərmişdi,  Allot da bunlardan biri idi.  Görünən odur ki, AzInTelecom ən çox vəsait (82 milyon ABŞ dolları) alandır. Kiçik bir məbləğ isə (<200,00 ABŞ dolları) kommisiya kimi tutulmuşdur. AzInTelecom LLC 2015-ci ildə Azərbaycan və xarici ölkələr arasında mübadilə edilmiş səs trafikinin təmin edilməsi, Azərbaycana gətirilən telekommunikasiya avadanlıqlarının sertifikatlaşdırılması və infrastrukturun Tier III məlumat mərkəzində xidmət göstərilməsi üçün maliyyələşdirilmişdir.

Korrupsiya qalmaqalında sənədləşdirilmiş maliyyə axını

3-cü HİSSƏ: DPY bloklarının aradan qaldırılması

Arxa plan

Azadliq.info 2014-cü ildə bir sıra rəqəmsal hücumdan sonra Virtualroad.org-la əlaqə yaratdı. O vaxtdan bəri Virtualroad.org böyük və çoxlu vektorlu DDoS hücumlarla, penetrasyon testlərlə və trafiki məhdudlaşdıran saysız rəqəmsal hücumlarla mübarizə aparır. Bütün bu illərdə hakimiyyətin müstəqil medianı sıradan çıxarması üçün yatırımlar etməsinə baxmayaraq, Azərbaycanda müstəqil medianı uğurla müdafiə etdik. Bu fakt danılmazdır ki, Azərbaycan hakimiyyəti üçün böyük narahatlıq yaratmışdıq.

27 Mart 2017-ci ildə, Rabitə Nazirliyindəki Elektron Təhlükəsizlik Mərkəzi internetdəki müxalifləri birdəfəlik susdurmağa cəhd etdi. 2015-ci il Bakı Avropa Oyunları ərəfəsində əhalini idarə etmək üçün Azadliq.info, Azadliq.org, Meydan.tv və Abzas.net saytlarına ölkə ərazisində giriş bloklandı. Növbəti aylarda daha çox müstəqil media bloklandı və Səbail məhkəməsi (12 May 2017)  qısa müddət sonra "ictimaiyyətin və dövlətin qanuni maraqlarının pozulduğunu” bəhanə edərək blokajı təsdiqlədi.

Hökumətin media saytlarına girişini maneə törətmək cəhdinə cavab olaraq, Virtualroad.org məsələnin həlli kimi domain-fronting vasitəsi ilə bloklamanı aldadan yansımanı tətbiq etdi. Bunun vasitəsilə bloklamadan bir həftə sonra Azadliq.info-ya yenidən Azərbaycan əhalisi üçün giriş mümkün oldu.

Növbəti ay ərzində Virtualroad.org daha 3 sayt (Abzas.Net, 24saat.org və Azerbaycan Saatı) üçün eyni şeyi tətbiq etdi. Hər 4 sayt Google Cloud Storage vasitəsi ilə real-vaxt ərzində yansıdıldı və https://storage.googleapis.com/qurium/index.html ünvanından əl çatan oldu.

Bir il sonra

DPY bloklanmasından 1 il sonra, Virtualroad.org senzuranın korrupsiya və rüşvətlə birbaşa əlaqəli olduğunu və Allot Communications kimi şirkətlərin bu cür fəaliyyətlərdən necə qazandığını işıqlandırdı.

Hökumətin DPY avadanlıqları vasitəsi ilə müstəqil media saytlarını rəsmi olaraq dayandırdıqdan bir il sonra, növbəti  1 il ərzində bunun qarşısını necə almağın yollarını axtardıq. DART sistemində zəifliklərdən istifadə edərək, DPY bloklanması aradan qaldırıla bilər. Büdcə? Uzağa getmədən, 500 ABŞ dolları.

Azadliq.info, 24saat.org və Abzas.net-in bloklaşmasından bir il sonra saytlara Azərbaycan əhalisi yenidən girə bilir.

DPY sisteminin tətbiqindən sonra azadliq.infoya qarşı trafik artışı. Narıncı qrafik DPY tətbiqindən əvvəlki, mavi qrafik isə DPY tətbiqindən sonrakı trafiki göstərir.
 
Pulu izləyin və beynəlxalq dəstəyi tapın

Azərbaycan hakimiyyəti də daxil olmaqla, bir çox insanı, Azərbaycanda müstəqil KİV-in qorunması və dəstəklənməsi üçün yorulmaz səylərimizi kimin maliyyələşdirdiyi maraqlandırır. Bir şey aydın olmalıdır, bizimlə işləyən Azərbaycanın səkkiz media saytından heç biri bizim xidmətlərimizə görə ittiham olunmamışdır. Onların adından biz illər ərzində Azərbaycanda müstəqil medianı dəstəkləmək üçün Digital Defenders Partnership, Access Now, Open Tech Fondundan və İnternational Media Support-dan maliyyə dəstəyi aldıq.

Xronologiya – bloklanma və ardan qaldırılması

[Mart 27, 2017] Azadliq.info Allot Communications tərəfindən verilən DPY vasitəsi ilə bloklanır.

[Mart 27, 2018] Quriumun anti-DPY-nin hostinq platforması, Azadliq.info saytının bloklanmasının qarşısını alıb.

[Aprel 2, 2018] Quriumun IP-si bütün Azərbaycan provayderləri tərəfindən bloklanır.

[Aprel 4, 2018] Müstəqil media saytlar abzas.net və 24saat.org DPY-əleyhinə hostinq platformasına köçürülür. Bu saytlar Azərbaycanda bir dəfə daha əlçatan olur.

[Aprel 5, 2018] AzInTelecom, Azadliq.info saytına qarşı WordPress hücumunu edir. Hücum 185.96.126.12, Palo Alto cihazı Global Protect (ra.azintelecom.az) ünvanından olunur. 2015-ci ildə AzInTelecom Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə inşa edilmiş Bakıda məlumat mərkəzini açıb.

[Aprel 5, 2018] İP yönümlü bloklanmanın nəticəsi olaraq, ötən 24 saat ərzində üç sayt (azadliq.info, 24saat.org, abzas.net)  12 dəfə yerdəyişmə (dəyişdirilmiş IP ünvanı) etmişdir.

[Aprel 6, 2018] Azadliq.info 185.232.22.152. İP ünvanından hücuma məruz qalır.

Abzas.net