Həbsdəki məmurun icra başçısının əleyhinə ifadə verdiyi bildirilir

Həbsdəki məmurun icra başçısının əleyhinə ifadə verdiyi bildirilir

26-02-2020 00:54 / Bu xəbər 1036 dəfə oxundu

Hüquq-mühafizə orqanlarının korrupsiya və rüşvətə bulaşmış icra başçılarına qarşı başlatdığı əməliyyatlarının davam edəcəyi bildirilir.

Bu barədə "Gununsesi.org" məlumat yayıb.

Məlumata görə, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun da istintaqa cəlb ediləcəyi gözlənilir.

"Mərdan Camalovun Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dönəm ərzində çoxsaylı rüşvət, mənimsəmə və vəzifədən sui-istifadə halları aşkarlanıb.

Bu işə isə köməklik göstərən Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin bu yaxınlarda həbs etdiyi Şirvan Şəhər Kommunal Təsərrüfatı Birliyinin rəisi Aqil Vəliyev olub", - xəbərdə deyilir. 

Hazırda həbsxanada olan Aqil Vəliyevə də qarşı Cinayət Məcəlləsinin rüşvət, mənimsəmə, vəzifədən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Onun yerli vətəndaşların müvvəqqəti işə cəlb olunması prosesində 300 nəfərin maaş kartını mənimsəməsi və icra başçısı ilə bölməsi iddia edilir. 

Məlumata görə, istintaq hazırda Şirvan rayonunda adlarına maaş yazılan, amma pul üzü görməyən vətəndaşların dindirilməsi ilə məşğuldur.

Mərdan Camalov sabiq sənaye müdafiəsi naziri mərhum Yavər Camalovun qardaşıdır.