Həftə sonları metro və avtobus işləyəcəkmi?

Həftə sonları metro və avtobus işləyəcəkmi?

25-05-2021 15:14 / Bu xəbər 1065 dəfə oxundu

Şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir.

Bunu mayın 25-də "modern.az"a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.

Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan "Bakı Metropoliteni"nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq:

"Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".