Həkimlər xərçəng xəstəsini öz istəyi ilə öldürdü - VİDEO

Həkimlər xərçəng xəstəsini öz istəyi ilə öldürdü   - VİDEO

06-01-2014 23:29 / Bu xəbər 1259 dəfə oxundu

2014-cü ilin əvvəllərindən çox ciddi baş ağrılarından şikayət edən 29 yaşlı amerikalı xanım - Britnay Meynard müayinə nəticəsində beynində bəd xassəli xərçəng olduğunu öyrənib. 

“Qafqazinfo” fransız mətbuatına istinadən xəbər verir ki, yenicə ailə qurmuş Britnay həkimlərin 6 ay ömrünün qalması diaqnozundan sonra hamını silkələyəcək qərar verib: 

“Sakitcə ölüm üçün eftanaziya!( sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi.)”

Ölümündən əvvəl yazdığı status sosial şəbəkələrdə də geniş yayılıb: “Əlvida, əziz dostlarım, sevgili ailəm. Bu gün həyatıma son verəcəyəm. Səbəbi isə beynimdə bəd xassəli şişin olması və artıq yayılmasıdır. Xəstəliyim son fazadadır, bu səbəbdən rahat ölüm üçün bu günü seçmişəm”.

Ölümündən 1 neçə həftə əvvəl isə həyatına son qoyacağı, əziyyətsiz və rahat ölümü seçərək özünü öldürəcəyi ilə bağlı verdiyi video-açıqlama nəinki Amerikanı, bütün dünyanı silkələyib və Amerikada eftanaziya ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Videgörüntünü təqdim edirik: